Birinci xanım aylar sonra əri ilə dağ başında
Şimali Koreya Prezidenti Kim Çen Inın xanımı Li Sol Çju son 4 ayda ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
“Qafqazinfo”nun “Daily Mail” nəşrinə istinadən verdiyi xəbərə görə, birinci xanım Prezidenti Kımqansan dağına səfərdə müşayiət edib.
Məlumata görə, “first lady”nin adı dövlət başçısını müşayiət edən şəxslərin siyahısında rəsmi olaraq qeyd olunmayıb. Buna qədər o, sonuncu dəfə 20-21 iyun tarixlərində Çin Prezidenti Si Tsinpinin Pxenyana səfəri zamanı ictimaiyyət arasında görünmüşdü.
30 yaşlı xanımın 4 aydır “yoxa çıxmağı”nın səbəblərindən biri kimi hamilə olduğu göstərilirdi.
Qeyd edək ki, Kim Çen Inın şəxsi həyatı barədə məlumat çox azdır. Onun Li Sol Çju ilə 2009-cu ildə ailə qurduğu ehtimal olunur. Onların münasibətləri 2012-ci ildə KİV-ə məlum olub. Cütlüyün 3 uşağının olduğu güman edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət