Birinci vitse-prezident Azərbaycanın xristian icmasını təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik edib.
Faktor.az xəbər verir ki, bu barədə Mehriban Əliyevanın "Facebook" səhifəsində paylaşım edilib.
"Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Bu əziz gündə vətəndaşlarımızın sağlamlığı, xoşbəxt gələcəyi, ölkəmizin əmin-amanlığı naminə dualar edilir. Bütün bu dua və diləklərə qoşularaq əmin olduğumu bildirirəm ki, biz bu gün üzləşdiyimiz çətinliklərin öhdəsindən xalqımızın həmrəyliyi, əzmi və iradəsi sayəsində uğurla gələcəyik! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram!", - paylaşımda belə deyilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət