Birinci sinfə qəbulla bağlı valideynlərə bildirişlər göndəriləcək
Martın 11-dən başlayaraq məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar avtomatik olaraq hazırlıq keçdikləri məktəblərin birinci siniflərinə qəbul olunacaqlar.
AZƏRTAC xəbər verir ki, bununla bağlı həmin uşaqların valideynlərinə martın 11-12-də bildirişlər göndəriləcək. Məktəbəhazırlıq keçməyənlər isə martın 13-dən başlayaraq sistemə daxil olub elektron qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start veriləcək. Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron qaydada aparılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət