Slimfit
  1. İQTİSADİYYAT

Birinci rübdə Neft Fondunun neft və qazın satışı üzrə gəlirləri 2,2 milyard dollar olub

Birinci rübdə Neft Fondunun neft və qazın satışı üzrə gəlirləri 2,2 milyard dollar olub
Sakura

Birinci rübdə Neft Fondunun neft və qazın satışı üzrə gəlirləri 2,2 milyard dollar olub

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilin birinci rübündə neft və qazın satışından 2,2 milyard dollar qazanıb.

Fondun İctimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, ARDNF-in 2020-ci il üzrə büdcəsi təsdiq edilərkən büdcədə xam neftin bir barrel üzrə qiyməti 55 ABŞ dolları səviyyəsində götürülüb və buna uyğun olaraq Neft Fondunun gəlirləri 12 milyard 384,1 milyon manat (7 milyard 284,8 milyon dollar) və xərcləri 11 milyard 589,9 milyon manat (6 milyard 817,6 milyon dollar) səviyyəsində proqnozlaşdırılıb.

Bu ilin yanvar-mart ayları üzrə neft və qazın satışı ilə bağlı ARDNF-ə ümumilikdə 2 milyard 219 milyon dollar, o cümlədən mənfəət nefti və qazının satışından 1 milyard 763 milyon dollar vəsait daxil olub və neftin xalis orta qiyməti 59 ABŞ dolları təşkil edib. Bununla yanaşı, həmin dövr üzrə Neft Fondunun xərcləri 2 milyard 763 milyon dollar (4 milyard 697 milyon manat) olub. Xərclərin cari ilin birinci rübündə çox olması həmin dövr ərzində valyuta bazarında tələbin əvvəlki dövrlərə nisbətən daha çox olmasından istifadə edilərək dövlət büdcəsinə transfertlərin daha tez yerinə yetirilməsi ilə izah oluna bilər. ARDNF-in 2020-ci il üzrə büdcə xərclərinin büdcədə təsdiq olunan səviyyədə icra olunacağı proqnozlaşdırılır və bu çərçivədə də təxminən 4 milyard dollar vəsaitin hərraclar vasitəsilə satışa çıxarılacağı gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR