Slimfit
  1. CƏMİYYƏT

“Birinci dərəcəli adamlarım məni satdılar” - Mübariz Mənsimov

“Birinci dərəcəli adamlarım məni satdılar” - Mübariz Mənsimov
Sakura

“Birinci dərəcəli adamlarım məni satdılar” - Mübariz Mənsimov

“Oğlumun hazırda 15 yaşı var. Gözləyirəm ki, 20 yaşı olsun, oxusun, şirkətin başına keçsin. Mən də dünya turuna çıxım. Mənim artıq 55 yaşım var. Nə siyasət. Heç bir zaman siyasət adamı olmadım, olmaram da”.

Ens.az Modern.az-a istinadən xəbər verir ki,bu fikirləri “Yeni Azərbaycan” qəzetinə müsahibəsində Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimov deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin çox uğurlu siyasət yürütdüyünü vurğulayan "Palmali"nin rəhbəri deyib ki, bu siyasətin qarşısında yeni siyasət yürütmək ağılsızlıqdır.

"Qarabağı kişi kimi dedi və aldı. Mehriban xanım da özünü xalqa həsr etmiş insandır. Təbii ki, dövlət başçısı hamının xoşuna gələ bilməz. Dünyada belə bir sistem yoxdur, mütləq narazı qalanlar olur. Bu mənada, Azərbaycanda da bəlkə narazılıq edənlər var. Bu narazılıqların kökündə başqa şeylər durur. Bu gün Azərbaycan inkişaf etmək istəyirsə, ölkə rəhbərinin əməyini dəyərləndirməlidir. Qarabağ alındımı? Alındı. İnkişaf gedirmi? Gedir. İslahatlar aparılırmı? Aparılır. İlham Əliyevin Ukrayna müharibəsi başlamazdan öncə Rusiya ilə müttəfiqlik bəyannaməsini imzalaması isə şah və mat idi. Çox düşünülmüş, uzaqgörən siyasət idi. Ona mane olmağa çalışanlar var. Bu hər yerdə belədir. Məsələn, mənim şirkətimdə ikinci demirəm, birinci dərəcəli adamlarım belə məni satdılar”, - deyə M.Mənsimov bildirib.

“Palmali”nin rəhbəri həmin şəxslərin pula satıldıqlarını, onun üzünə yalançı şahidlik etdiklərini vurğulayıb.

M.Mənsimovun sözlərinə görə, hazırda İngiltərədə yalançı şahidlərlə qazanılmış məhkəməyə qarşı yeni bir iddia qaldırıb.

“Proses gedir. Məhkəməni qazanım, ilk işim Azərbaycana gəlmək olacaq. Ədalətə inanıram. Sonuna qədər hüquq yoluyla gedəcəyik. Mənim onlardan bir az fərqim var. Arxadan zərbə planlaşdırmıram”.

“Qarabağa investisiya yatırmaq fikriniz var” sualına M.Mənsimov belə cavab verib:

“Düzünü deyim ki, indilik düşünmürəm. Hələlik Azərbaycana yatırımla bağlı bir söz deyə bilmərəm. Ən azından məhkəmələr bitib, haqlı olduğumu sübut edənə qədər bunu etməyəcəyəm. Azərbaycanda məni sevməyən qüvvələr var. Nə elədimsə, istədiyim kimi eləməyə qoymadılar. Yatırımım ancaq tələbələr oxutmaq şəklində olur və olacaq. Bizim “Pal egitim” qrupu var, bu işin başında da şirkətin İnformasiya Texnologiyalar Departamenti dayanır. Əsasən kasıb və şəhid ailələrinin uşaqlarını oxuduruq”.

“Palsüd”ün istehsalından danışan M.Mənsimov zavodun yeni təmirdən çıxdığını, yaxın vaxtlarda məhsulların sayı və çeşidinin çoxalacağını deyib.

O, “Palmali”nin hazırda neçə gəmiyə sahib olduğuna da aydınlıq gətirib:

“Mən həbs olunmazdan öncə 300-dən çox idi. İndi Türkiyədə 51 tankerimiz var. İndoneziya və Sinqapurla birgə 100-dən çoxdur. Ən çox ziyanı Türkiyədəki şirkətlərimiz gördü. 2000-2012-ci ilə qədər Xəzərin yükünün 80 faizini biz daşıyırdıq”.

M.Mənsimov Azərbaycan Prezidentinin apardığı islahatları çox yüksək qiymətləndirdiyini vurğulayıb:

“Gənclərin rəhbər vəzifələrə gətirilməsi təqdirəlayiq haldır, onların keçmiş yaşlı məmurlar kimi olmayacağına inanıram. Bu gün SOCAR rəhbərliyinə gənc insanlar gəlib və onların çox yaxşı gələcək vəd etdiyini bilirəm. Azərbaycanın gələcəyini çox gözəl görürəm. Dövlətin siyasətini dəstəkləmək lazımdır. Söz yox ki, yanlışlıqları da demək lazımdır. Sağlam tənqid sağlam cəmiyyətdə olur. Burada medianın və QHT-lərin üzərinə yük düşür”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR