Biri əsas və bir ehtiyat olmaqla 2 kosmos səyahətçisini müəyyən etdik - Ərdoğan
May ayında başladığımız prosesdə biri əsas və bir ehtiyat olmaqla 2 kosmos səyahətçisini müəyyən etdik.
Trend-in məlumatına görə bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Teknofest" festivalında çıxışı zamanı deyib.
"İki il əvvəl qlobal kosmos yarışında ölkəmizi yüksək liqalara daşıyacaq milli kosmik proqramı ictimaiyyətə açıqladıq. Bu gün xəyalları reallığa dönüşdürmək yoluna önəmli bir addım atırıq. May ayında başladığımız prosesdə biri əsas və bir ehtiyat olmaqla 2 kosmos səyahətçisini müəyyən etdik. İlk kosmos missiyasına çıxacaq dostumuz 14 gün beynəlxalq kosmos stansiyasında qalacaq. O bu missiyasında ölkəmizin hazırladığı 13 fərqli təcrübəni həyata keçirəcək", - deyə R.T.Ərdoğan əlavə edib.
Qeyd edək ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi builki “TEKNOFEST” festivalı aprelin 27-də start götürüb. Mayın 1-dək davam edəcək festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. İldən-ilə genişlənən “TEKNOFEST”də beş gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət