Slimfit
  1. CƏMİYYƏT

Bir şirkət həm halal, həm də donuz piyli kolbasa necə istehsal edir?

Bir şirkət həm halal, həm də donuz piyli kolbasa necə istehsal edir?
Sakura

Bir şirkət həm halal, həm də donuz piyli kolbasa necə istehsal edir?

Azərbaycanda "Halal" sertifikatı verilən bir çox ət məhsulları istehsal edən şirkətlər qeyri-halal məhsulların da istehsalatı ilə məşğuldur. Misal üçün qeyd edək ki, “Halal” sertifikatlı "Səhliyalı", "Rosko" kimi bir çox şirkətlərin həm də donuz əti, piyi kimi məhsulları da var. Belə olan halda alıcı təbii ki, digər məhsulların da halal olub-olmamasından şübhəyə düşür. Digər tərəfdən də Azərbaycanda halal sertifikatlarının qeyri-şəffaf şəkildə verilməsi iddiası da olduqca yayılıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüsyenov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, Azərbaycanda "Halal" adı altında böyük aldatmalar baş verir: "Xaricdə fəaliyyət göstərən cürbəcür şirkətlər Azərbaycana gələrək pulla “Halal” sertifikatları alır. Azad İstehlakçılar Birliyi illərdir bununla mübarizə aparır. Çox qəribədir ki, Ukraynadan, Rusiyadan halal adı altında ət və ət məhsulları gəlir. Hətta iş o yerə çatıb ki, KFC restoranlar şəbəkəsi belə “Halal” sertifikatına malikdir. Bu sertifikat Azərbaycanda pulla əldə edilir. Azad İstehlakçılar Birliyi bu problemin qarşısını almaq üçün müəyyən işlər aparır".

Eyyub Hüseynov eyni şirkətdə həm halal, həm də qeyri-halal məhsulların hazırlanması məsələsinə də münasibət bildirdi: "O ki, qaldı eyni şirkətin həm halal, həm də donuz piyi qatqılı məhsullar hazırlamasına bu, bir şərtlə baş verə bilər. Gərək, şirkətin halal və qeyri-halal ət və ət məsulları hazırlayan sexləri, işçiləri və yerləri tamamilə ayrı olsun. İstehsal bloklarının fərqli yerlərdə yerləşməsi “Halal” sertifikatının verilməsində əsas şərtlərdən biridir. Əgər halal məhsul hazırlayan sexin işçiləri digər yerdə işləyirsə və ya əksinə qeyri-halal məhsullarda çalışan işçilər halal məhsullara toxuna bilirsə burada halallıqdan danışmaq olmaz. Hazırda Azərbaycanda fəaliyyat göstərən ət və ət məhsulları şirkətlərində biz illər boyu şəffaflıq təşkil etməyə çalışmışıq. Biz istədik ki, “Halal” sertifikatı rüşvətsiz və kollegiyal şəkildə verilsin biz buna nail olduq və il yarım əvvələ qədər şəffaf şəkildə davam etdi. Azad İstehlakçılar Birliyi pulsuz olaraq orada iştirak edirdi. Sonra bu proses ləğv edildi və açıq şəkildə deyə bilərəm ki, hazırda bu sahədə aldatmalar baş verir və böyük şübhələrimiz var. Ancaq, qeyd edim ki, az da olsa halal məhsul istehsal edən şirkətlər var".
El arasında belə bir fikir var: "Kolbasanın hazırlanması donuz piyi qatılmadan mümkün deyil".

Bəs doğrusu hansıdır?
Eyyub Hüseynov bildirdi ki, bu fikir tamamilə səhvdir: "Halal istehsal edilən kolbasalar təbii ki var. Mən özüm bir çox müsəlman ölkələrində bu cür kolbasaların hazırlandığının şahidi olmuşam. Halal standartlaşdırması üzrə dünya konqresinin üzvüyəm. Bu cür konqreslərdə iştirak etmişəm və deyə bilərəm ki, donuz piyi qatılmadan kolbasa hazırlamaq mümkündür. Donuz piyi əvəzinə toyuq dərisindən, digər heyvanların iç yağlarından istifadə olunur. Ancaq Azərbaycanda bu sahə olduqca şübhəlidir".

Məsələ ilə bağlı Azərbaycanda fəaliyyət göstərən həm halal, həm də qeyri-halal məhsullar istehsal edən şirkətlərlə əlaqə saxladıq. "Səhliyalı" şirkətinin mətbuat xidmətinin rəhbəri İlkin Mustafayev Yeniavaz.com-a bildirdi ki, "Səhliyalı" şirkətində halal və qeyri-halal məhsullar istehsal edən sexlər tamamilə ayrıdır: “Donuz piyi və ətinin hazırlandığı yer "Ruskiy vkus" sahəsi adlanır və o sexin giriş qapısı, işçiləri, texniki avadanlıqları fərqlidir. "Halal nemət min bərəkət"in sexlərində isə başqa işçilər çalışır”.
İlkin Mustafayev həmçinin dedi ki, sexlərdə ümumiyyətlə donuz kəsilmir. Şirkət donuz ətini xaricdən gətirərək burada müxtəlif məhsullar hazırlayır.



(Qeyri-halal məhsulların hazırlandığı sexdən görüntü)

Mövzu ilə bağlı "Sevimli dad" ət və ət məhsulları şirkəti ilə də əlaqə saxladıq. Oradan bildirdilər ki, "Sevimli dad"ın tərkibinidə "Hacı Turqay" adı altında halal sertifikatlı məhsullar hazırlanır və sexlər, texniki avadanlıqlar tamamilə ayrıdır. Bunun sübutu olaraq hər hansı görüntü təqdim etmələrini istədiyimizdə isə bunu edə bilmədiklərini söylədilər.
Azərbaycanda ət və ət məhsullarına halal sertifikatı verilməsi üçün hansı tələblərin tətbiq edildiyini http://huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=32929 linkindən geniş şəkildə oxuya bilərsiniz.
Azərbaycanda bir çox ət və ət məhsulları hazırlayan şirkətlərə “AzeSERT HALAL” Sertifikatlaşdırma Orqanı tərəfindən halal sertifikatları verilib. Həmin siyahını təqdim edirik:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR