Dərc edildi: Baxış sayı: 1002
Bir sıra müsəlman ölkələrində Məhəmməd peyğəmbərin mövlud günü qeyd edilir
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu gün bir sıra müsəlman ölkələrində Məhəmməd peyğəmbərin (s.ə.v.) mövludu günü kimi qeyd olunur.
Hicri-qəməri təqvimlə İslam peyğəmbərinin anadan olduğu gün Rəbiüləvvəl ayının 12-nə təsadüf edir. Bu il həmin tarix qriqorian təqvimi ilə oktyabrın 17-nə uyğun gəlir.
Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s.a.v.) mövlud tarixi İslam alimləri və tarixçilər arasında mübahisəlidir. Sonuncu peyğəmbərin doğum ili fərqli mənbələrdə 570-580-ci illər arasında göstərilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət