Slimfit
  1. CƏMİYYƏT

Bir sıra məhkəmələrə hakimlər təyin olundu

Bir sıra məhkəmələrə hakimlər təyin olundu
Sakura

Bir sıra məhkəmələrə hakimlər təyin olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirə edilib. 

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,  sənədə əsasən, aşağıdakı şəxslərin Ali Məhkəmənin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb:

1. Dadaşov İlqar Ağababaş oğlu

2. Əhmədov Əhməd Abbas oğlu

3. Əliyev Ələsgər Əliabbas oğlu

4. Kərimov Fərhad Abdulkərim oğlu

5. Mövsümov Nazim Rasim oğlu

6. Nağıyev İman Məhəmməd oğlu

7. Rəcəbov İlkin Əbülfəz oğlu

8. Kərimov Səyyad Əli oğlu

Müzakirələrdə çıxış edən deputatlar hakimlər institutunun daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər verib. Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

***

Plenar iclasda, həmçinin “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Aşağıdakı şəxslərin Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunması üçün namizədliyi irəli sürülüb:

1. Allahverdiyev Əli Kərim oğlu

2. Kuimova Vera Gennadiyevna

3. Qurbanov Yusifəli Süleyman oğlu

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

***

İclasda “Bakı Apellyasiya Məhkəməsinə hakimlərin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Aşağıdakı şəxslərin Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb:

1. Həmidov Həmid Üzeyir oğlu

2. Hüseynov Azər Soltanhəmid oğlu

3. Tağızadə Mirzə Nəsib oğlu

4. Babayev Zəki Baba oğlu

5. Bəktaşi Səadət İnayət qızı

6. Əkbərov Mübariz Dosməmməd oğlu

7. İbrahimli İbrahim Adil oğlu

***

Həmçinin iclasda “Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” məsələ də müzakirəyə çıxarılıb.

Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə Salman Bilal oğlu Hüseynov və Mirbahəddin Mirdamət oğlu Hüseynovun namizədliyi irəli sürülüb.

Tapdıq Şükür oğlu Mahmudov isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

***

Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülənlər isə aşağıdakılardır:

1. Abdullayev Vəli Əsgər oğlu (səlahiyyət müddəti başa çatıb)

2. Allahyarov Zaur Mirzağa oğlu

3. Bağırov Məhəmməd Ənvər oğlu

4. Mayılov Samir İlham oğlu

***

“Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənədə əsasən, Nuru Nadir oğlu Quliyev Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Rafail Əyyub oğlu Əliyev isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunub.

Qeyd edilən məsələlər müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Günel Türksoy

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR