Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bir şəxsin ikinci dəfə koronavirusa yoluxduğu sübut olunub

Bir şəxsin ikinci dəfə koronavirusa yoluxduğu sübut olunub
Sakura

Bir şəxsin ikinci dəfə koronavirusa yoluxduğu sübut olunub

Koronavirusa-COVID-19-a yoluxub sağalan şəxsin ikinci dəfə virusa yoluxduğu təsbit olunub.

Ens.Az e-tibb.az-a istinadən bildirir ki, Honkonqda yeni tip koronavirusa yoluxub sağalan şəxsin 4 ay yarımdan sonra ikinci dəfə yenidən virusa yoluxduğu məlum olub. 33 yaşında olan xəstə aprel ayında koronavirusdan müalicə olunub və xəstəxanadan evə buraxılıb. İspaniyadan İngiltərəyə, oradan isə Honkonqa gedən həmin şəxsdə avqustun 15-də aparılan COVID-19 testi pozitiv çıxıb. Onun ikinci dəfə xəstəliyi simptomsuz keçirdiyi bildirilir.

Məlumatlara görə, bu, virusun sağalan şəxsə ikinci dəfə yoluxmasını təsbit edən ilk hadisədir. Honkonq Universitetinin tədqiqatçıları hesab edir ki, bununla da minlərlə insanın ölümünə səbəb olan xəstəliyin immunitet qazanılmasına baxmayaraq, yayılmaqda davam edəcəyi məlum olur.

Tədqiqatçılar hesab edir ki, bu tapıntı peyvəndin yeni virusa qarşı nəticəsinin olmayacağı, yəni immunitet yaratmayacağı anlamına gəlmir. Çünki peyvəndlə qazanılacaq immunitet təbii olaraq meydana gələn toxunulmazlıqdan fərqli ola bilər. Ona görə də peyvənd sınaqlarının nəticələrini, peyvəndin nə qədər təsirli olacağını gözləmək lazımdır.

Qeyd edək ki, xəstəlikdən sağalan şəxslərin yenidən virusa yoluxub-yoluxmaması, qazanılan immunitetin virusa qarşı neçə müddət qoruyucu olması ilə bağlı konkret fikir yoxdur. Bu yöndə yalnız nəzəri olaraq fikirlər səslənir.

Ümumdünya Səhiyyə Təşkilatının təmsilçiləri də virusun xəstəlikdən sağalan şəxslərə yenidən yoluxub-yoluxmaması ilə bağlı tam cavab olmadığını açıqlayıb və bu yöndə müzakirələrin getdiyi bildiriblər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR