Bir qrup ədliyyə işçisi təltif edildi
22 noyabr Ədliyyə işçilərinin Peşə bayramı günü Yevlaxda da qeyd edilib.
Femida.az xəbər verir ki, tədbir işçiləri Dövlətimizin və dövlətçilyimizin banisi Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər qoydular. Daha sonra tədbir Yevlax rayon Məhkəməsinin iclas zalında davam etdi. Yevlax Şəhər Məhkəməsinin sədri Toğrul Əliyev çıxış edərək Ümummilli liderimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısı ölkəmizin müstəqillik illərində də davam etməsindən, hüquq sistemində inqilabi-demokratik yeniliklərə səbəb olan məhkəmə-hüquq islahatı həyata keçirilməsindən, ədliyyə işinin müasir tələblərə uyğunlaşdırılmasından danışaraq, Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyə sistemi inkişaf etmiş, onun normativ bazası daha da təkmilləşdirilməsindən bəhs etmişdir. Hər bir ədliyyə işçisini bu gün münasibətilə təbrik etmişdir.
Sonra Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək bildirdi ki, 22 noyabr tarixinin ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunması Ümummilli Liderimiz Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə müəyyənləşdirilmişdir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən ədliyyə işçilərinin peşə bayramı gününün təsis edilməsi də dahi rəhbərimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısının bariz təzahürü olmuşdur. Demokratik hüquqi dövlətin təməl daşlarından biri hesab olunan müasir müstəqil məhkəmə hakimiyyətinin bərqərar olması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkəmizdə məhkəmə-hüquq islahatlarına başlanılmışdır. Nəticədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradılmış, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırılmışdır.
Şəhər Rəhbəri çıxışını davam etdirərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin ənənələrini davam etdirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ədliyyə orqanlarının işinin daha da təkmilləşdirilməsinə, müasirləşdirilməsinə daim diqqət və qayğı göstərir. Ölkə Rəhbərinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların nəticəsi kimi Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişlənmiş, Ədliyyə Akademiyası, regional ədliyyə idarələri, xüsusi notariat institutu, probasiya xidməti təsis edilmiş, elektron reyestrlər və informasiya sistemləri yaradılmaqla vətəndaşların ədliyyə təsisatlarına çıxışı xeyli asanlaşmışdır. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, son dövrlərdə ölkəmizin paytaxtında, regionlarımızda fəaliyyət göstərən bir çox ədliyyə, məhkəmə orqanları yeni, müasir tələblərə cavab verən binalarda rahat iş şəraiti ilə təmin edilmişlər.
Ədliyyə orqanları böyük bir kollektivlərdən ibarətdir, bu kollektivlərdə minlərlə insan çalışır. Mən sizləri gələcəkdə də öz işinizdə məsuliyyətli və vicdanlı olmağa, ədliyyə işçisini adını həmişə yüksəkdə tutmağa çağırıram. Ulu Öndər Heydər Əliyevin söylədiyi "Qoy ədalət zəfər çalsın!" şüarı hər birinizin vəzifə şüarınıza çevrilsin.
Hər birimiz Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq qalaraq möhtərəm cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, Dövlət Rəhbərinin tapşırıqlarına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi naminə öz vəzifə borcumuzu layiqincə yerinə yetirməli və bundan sonra da daha əzmlə çalışmalıyıq.
Sonda Anar Tağıyev peşə bayramları günü münasibətilə ədliyyə işçilərini təbrik etmiş,onlara işlərində uğurlar, nailiyyətlər, can sağlığı və xoşbəxtlik arzuladı.
Tədbir zamanı Rayon Prokuroru Elxan Pənahov, Şəhər Polis Şöbəsinin rəisi Elnur Mehdiyev çıxış edərək təbriklərini və xoş arzularını ifadə etdilər, ədliyyə orqanları işçilərinə Uğurlar arzuladılar.
Sonda Yevlax şəhərinin ictimai həyatında fəal iştirak edən bir qrup ədliyyə işçisi Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Fəxri Fərmanları ilə təltif edildi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət