Dərc edildi: Baxış sayı: 416
Bir öskürək 35 min dollara başa gəldi
Bir qadının məhsulların üzərinə öskürməsi səbəbindən market sahibi koronavirus ehtimalı ilə əlaqədar 35 min dollar (59500 AZN) dəyərində olan ərzaqları zibilə atıb.
“HaberGlobal”ın məlumatına görə, hadisə ABŞ-ın Pensilvaniya ştatında baş verib.
İşçilərin mağazadan çıxardıqları qadının daha sonra polislər tərəfindən həbs olunduğu bildirilir.
Qeyd edək ki, ABŞ-ın Ədliyyə Nazirliyi koronavirusu qəsdən yayan insanların terrorçuluqda ittiham oluna biləcəyini təsdiqləyib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət