Dərc edildi: Baxış sayı: 325
Bir neçə saat sonra Ukraynaya yardım göndərilir
Ukrayna və Fransa prezidentləri – Vladimir Zelenski və Emmanuel Makron arasında telefon danışığı baş tutub. Tərəflər Kaxovka su elektrik stansiyasının bəndinin ruslar tərəfindən dağıdılmasının nəticələrini müzakirə ediblər.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, söhbətdən sonra Makron Tvitter səhifəsində bununla bağlı paylaşım edib.
"Prezident Zelenskiyə Kaxovka bəndinə hücumdan sonra Ukrayna xalqı ilə həmrəy olduğumu bildirdim. Fransa əhali üçün təhlükə yaradan bu qəddar hərəkəti pisləyir. Yaxın bir neçə saat ərzində təcili ehtiyacların ödənilməsi üçün yardım göndərəcəyik", - o yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət