Slimfit
  1. İQTİSADİYYAT

Bir neçə ölkədən heyvandarlıq və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət tətbiq olunub

Bir neçə ölkədən heyvandarlıq və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət tətbiq olunub
Sakura

Bir neçə ölkədən heyvandarlıq və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət tətbiq olunub

Yunanıstan, Rumıniya və ABŞ-ın müəyyən ərazilərindən heyvandarlıq və quşçuluq məhsullarının ölkəyə idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Ens.az Trend -ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Trend-ə verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Yunanıstan Respublikasının Egey adalarında xırdabuynuzlu heyvanların çiçək, Rumıniyanın Teleorman inzibati ərazi vahidində və Amerika Birləşmiş Ştatlarının Ayova, Oreqon ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Yunanıstan Respublikasının Egey adalarında xırdabuynuzlu heyvanların çiçək xəstəliyi baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Rumıniyanın Teleorman inzibati ərazi vahidində və ABŞ-ın Ayova, Oreqon ştatlarında yüksək patogen quş qripi xəstəliyi baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən bütün növ quşçuluq məhsullarının, o cümlədən quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR