Dərc edildi: Baxış sayı: 702
Bir həftədə iki dəfə Everstə çıxdı, rekord qeydə alındı
Nepal sakini Kami Rita Yer kürəsinin ən yüksək nöqtəsi sayılan Everestə çıxmaq üzrə dünya rekordunu rəsmiləşdirib. Asiyalı bir həftə ərzində ardıcıl iki dəfə zirvəni fəth etməklə sayı 24-ə çatdırıb və tarixə düşüb.
Bizimyol.info xəbər verir ki, Hindistanın NDTV telekanalı hadisə haqda reportaj hazırlayıb. Reportajda Kaminin tibetlilərin xələfi sayılan şerp xalqının nümayəndəsi olduğu bildirilib.
Rita ilk dəfə Everestə 1994-cü ildə çıxmışdı. O vaxtdan bəri hər il ekspedisiyaya qoşulur.
Kaminin yaxınları elə bu ərazilərdə yaşayır. Şerplərin tarixi orta əsrlərə gedib çıxır. Son 30 ildə sayları çox artıb. İndi Hindistanda təxminən 154 min şerp yaşayır. Onların arasında xeyli alpinist var.
Rita mayın 15-də Everestə 23-cü yüksəlişi zamanı uğuru öz xalqına həsr etdiyini bildirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət