Bir çox ölkələrdə İnstaqram və “WhatsApp” işləmir
Dünyanın bir sıra ölkələrində Feysbuka məxsus İstaqram sosial şəbəkəsində və “WhatsApp” mesencerinin işində problemlər yaranıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidmətinin saytında bildirilir.
Sosial şəbəkədən ən çox şikayətlər ABŞ-dan, Rusiyadan, Argentinadan, Braziliyadan, Böyük Britaniyadan, Almaniyadan və Avropanın digər başqa ölkələrindəndir.
Xidmətin məlumatına görə, istifadəçilərin əksəriyyəti (təxminən 76 %) xəbər lentinə baxışla problemlərlə üzləşiblər. Bununla yanaşı, təxminən 15 % istifadəçi sosial şəbəkəyə daxil ola bilmir. Eyni zamanda istifadəçilərin 23 %-i bildirib ki, fəaliyyət tarixçəsinə baxmaqdan məhrum olub.
“WhatsApp” mesencerinin 71 faizi isə tətbiqin işində problem yaşandığını bildirib. 26 faiz istifadəçi isə mesajların göndərilməsində və qəbulunda çətinik çəkir. Cəmi 1 faiz istifadəçi öz hesabına daxil ola bilmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət