Slimfit
  1. CƏMİYYƏT

Bir ata ürəyində iki Aysu: Biri xatirə, digəri təsəlli - Bərdə sakinindən ürəkdağlayan sözlər

Bir ata ürəyində iki Aysu: Biri xatirə, digəri təsəlli - Bərdə sakinindən ürəkdağlayan sözlər
Sakura

Bir ata ürəyində iki Aysu: Biri xatirə, digəri təsəlli - Bərdə sakinindən ürəkdağlayan sözlər

44 günlük Vətən müharibəsi zamanı cəbhə xəttindən uzaqda yerləşən bir sıra şəhər və rayonlarımız raket və artilleriya atəşinə məruz qalıb. Dinc əhali həlak olub, evlər və təsərrüfatlara ciddi ziyan dəyib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Ermənistan silahlı qüvvələrinin törətdiyi terror aktlarından biri oktyabrın 27-də Bərdənin Qarayusifli kəndində baş verib. Qarayusifli kəndinə atılan raket zamanı 5 kənd sakini həlak olub. Onlardan biri də 7 yaşlı Aysu İsgəndərova olub.

Azyaşlının atası Rövşən İsgəndərov hadisə anını belə xatırlayır:

"Hadisənin üzərindən dörd il keçsə də, bir mən bilirəm ki, o illəri necə yola verdik. Bir qızım şəhid oldu, bir qızım da yaralandı. Təqribən saat 4-5 radələri olardı. Mən traktor işlədirdim. Partlayış səsi gəldi. Evə gəldim ki, uşaqlar yoxdur. Dəli kimi olmuşdum. Yola qaçdım. Mənə dedilər ki, uşaqların Məhəmməd dayıgildədir. Yoldaşım, iki uşağım ayaq üstə idi. Aysunu isə döşəməyə uzandırmışdılar. Xəstəxanaya apardım, orada da dünyasını dəyişdi".

Qeyd edək ki, İsgəndərovlar ailəsində indi 2 yaşlı Aysu böyüyür. Terror qurbanı olan Aysunun ölümündən iki il sonra ailədə yeni doğulan qız, şəhid bacısının adını daşıyır.

Daha ətraflı Baku TV-nin materialında:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR