Slimfit
  1. TƏBİƏT

Biosfer

Biosfer
Sakura

Biosfer – Yer kürəsində canlı həyatın yayıldığı coğrafi təbəqədir

Biosferin hissələri

Biosferin üç əsas hissələri vardır:

  1. Atmosfer
  2. Litosfer
  3. Hidrosfer

Biosfer ozon səthinə kimi atmosferin bir hissəsi litosferin üst hissəsi, əsasən aşınma gedən qabığı və bütün hidrosfer daxildir. Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər. Biosfer digər qeosferlərdən ən yüksək kimyəvi çevrilmələr getməsilə fərqlənir. Biоsfеrdə sərbəst оksigеn qazı yarandıqdan sоnra bitki və hеyvanların yaşaması mümkün оlmuşdur. Bu tеrmin ilk dəfə J.B. Lamark və Е.Zyuss tərəfindən işlənilmişdir [1]. Biosfer haqda təlimin banisi V.İ. Vernadskinin fikrincə biosferin maddəsi müxtəlif, lakin geoloji cəhətdən qarşılıqlı əlaqədə olan 7 hissədən (canlı maddə, biogen maddə, radioaktiv maddə, kosmik mənşəli maddə, seyrək yayılmış atomlar, atil və biratil maddə) ibarətdir.

 

Biosferin sabitliyi

Biosferin xarici (kosmik) və daxili təsirlərə, o cümlədən antropogen təzyiqinə qarşı müqavimət göstərə bilməsi biosferin sabitliyi adlanır.Biosfer təbəqəsinə daxil olan bitkilər,heyvanlar və mikroorqanizmlər arasında sıx əlaqələr vardır.

 

Atmosfer

Atmosfer yerin litosfer (torpaq örtüyü) və hidrosfer (su örtüyü) təbəqəsinin səthindən 100km hündürlükdə olan sahəsini əhatə edir. Onun 15km-ə qədər alt hissəsi troposfer ("tropos" - dəyişən) adlanır. Troposferdə daim su buxarı olur və onun sıxlığı müxtəlif yerlərdə dəyişə bilir. Troposfer qatından yuxarıda 55 km hündürlükdə olan təbəqə stratosfer adlanır. Stratosferin 15-36 km-lik üst qatını ozon təbəqəsi təşkil edir. Ozon təbəqəsi canlı orqanizmləri kosmik şüaların və qismən də günəşin ultrabənövşəyi şüalarının məhvedici təsirindən qoruyur. Atmosferin ancaq yer səthindən 25-30 km hündürlükdə olan (ozon təbəqəsinə qədər) sahəsi biosfer örtüyünə daxildir.

 

Hidrosfer

Hidrosfer (çaylar, göllər, dənizlər, okeanlar) yer səthinin 70,8% ni təşkil edir. Dünya okeanının ən dərin yeri 11,034 km-dir.

Litosfer

Yerin litosfer təbəqəsi onun səthindən 3 km-ə qədər dərinliyinə olan hissəsidir. Litosfer təbəqəsi 2 qatdan ibarətdir. Üst qat qranitlə birlikdə çöküntü suxurlarından, alt qat bazalt süxurlarından təşkil olunmuşdur. Litosferin bitki bitən üst örtüyü torpaq adlanır.

 

Biosferin əsas komponentləri

biosferin əsas komponenetləri aşağıdakılardır: canlı orqanizmlər (bitkilər, heyvanlar və mikroblar), biogen maddələr (üzvi və mineral-üzvi maddələr - neft, kömür, torf və s.), biosferlə əlaqəli olan qeyri-üzvi maddələr ( canlı və cansızların sintezi məhsulları - çöküntü süxurları, torpaq, lil). İnsan biosferin həm tərkib hissəsi, həm də onun fəal dəyişdiricisidir.

 

Biosenoz

Birgə yaşamağa uyğunlaşmış canlı orqanizmlər toplusu biosenoz əmələ gətirir. Biosenoz və oradakı canlıların yaşayış mühiti bir ekoloji sistemdir. Bunu başqa sözlə biogeosenoz da adlandırırlar (akad. V.N.Sukaçev). Biosfer yer kürəsində ən iri ekoloji sistemdir. O, müxtəlif tipli nisbətən müstəqil xırda ekosistemlərdən ibarətdir. Biosferdəki ekosistemlər arasındakı əlaqələr maddələrin və kimyəvi elementlərin, enerjinin daimi dövranı ilə həyata keçirilir. Təbiətdə maddələrin 2 növ dövranı ayırd edilir: bioloji və ya kiçik dövran, geoloji və ya böyük dövran. Bioloji dövran zamanı maddələr torpaq, bitkilər, heyvanlar və mikroorqanizmlər arasında dövr edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR