Slimfit
  1. ELM

Bioloqlar: it sahibləri daha çox yaşayır

Bioloqlar: it sahibləri daha çox yaşayır
Sakura

Bioloqlar: it sahibləri daha çox yaşayır

Upsala Universitetinin alimləri müəyyən ediblər ki, it sahibləri daha az ürək-damar xəstəliklərinə tutulur. Öz nəticələrini tədqiqatçılar Scientific Reports səhifələrində dərc edibər.

Alimlər it sahibləri olması barədə məlumatları olan 40-80 yaş arası 3,4 milyon isveçlinin milli tibbi reyesrt məlumatlarını analiz ediblər. İş burasındadır ki, İsveçdə həkimin hər ziyarəti xüsusi reyestrə daxil edilir. Bundan başqa 2001-ci ildə bütün it sahiblərinə  qeydiyyatdan keçməyi məcbur ediblər.

2001-ci il ilə 2012-ci ilin müqayisəli analizini apararaq alimlər müəyyən ediblər ki, it sahibləri daha az ürək-damar xəstəliklərinə tutulut, həmçinin ondan ölür.

“6 ay əvvəl insult keçirmiş həmkarım deyir ki, it onun həyatını xilas edib. Müalicə müddəti çox vacibdir, insan üçün nə qədər ağır olsa da bəzən yataqdan durub gəzmək lazımdır. İtlər bu cəhətdən yaxşı motivasiya edir”, - araşdırma müəllifi Tive Foll xəbər verib.

Araşdırma müəllifləri hesab edir ki, itlər sahiblərinə daha aktiv həyat tərzi yaşamağa kömək edir, bu daha çox tək insanlara aiddir. Belə ki, tək yaşayan it sahiblərində ölüm riski ev heyvanı olmayanlardan 33% daha az, ürək xəstəlikləri riski isə 11% daha az olduğu müəyyən edildi.

Alimlər həmçinin istisna etmirlər ki, it sahiblərində mikrobiom da dəyişir – insanın daxilində yaşayan mikrob həyatı. İtlər evə çoxlu çirk və yeni mikroblar gətirir ki, başqa hallarda insan onlarla qarşılaşmır. Bu da immun sistemini möhkəmləndirməyə kömək edir.

 

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR