Slimfit
  1. DÜNYA

Bioloji silahlar barədə maraqlı faktlar - Ölüm hökmü verilənlərə tətbiq olunurdu

Bioloji silahlar barədə maraqlı faktlar - Ölüm hökmü verilənlərə tətbiq olunurdu
Sakura

Bioloji silahlar barədə maraqlı faktlar - Ölüm hökmü verilənlərə tətbiq olunurdu

Çinin Hubey əytalətində yeni koronavirus peyda olub dünyanı cənginə alandan sonra çoxlu sayda konspiroloji nəzəriyyələr yayıldı. Bir çoxları Çinə bioloji silah tətbiq edildiyini dilə gətirdi. ABŞ Dövlət departementi bəyanat yaydı ki, Rusiya qəsdən koronavirusun Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməliyyatı olması barədə məlumatlar yayır.

 

Bizimyol.info-nun məlumatına görə, XX əsrdə, xüsusən soyuq müharibə dövründə dünyada bioloji silahların hazırlanması istiqamətində fəal iş aprılıb. Lakin 1925-ci ildə imzalanmış Cenevrə Konvensiyasına əsasən, kütləvi qırğın silahların tətbiqi qadağan edilib, 1975-ci ildə isə bioloji silahların tətbiqinin qadağasına qair qanun qüvvəyə minib. Bioloji silah hazırlayan iki əsas ölkənin - ABŞ və SSRİ-nin alimləri anlayırdılar ki, bioloji silahın tətbiqi gözlənilməz nəticələr verə bilər və elə öz ölkəsinin vətəndaşlarını da məhv edə bilər. Lakin araşdırmalar və aktiv şəkildə bioelementlərin hazırlanması müxtəlif məxfi laboratoriyalarda davam etdirildi.

Bioloji silah kütləvi qırğın silahlarının bir növü olub bakteria, virus və ya kif kimi mikroorqanizmlərdən əldə olunan vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji silahın əsasını xəstəlik törədən mikroblar və onlardan alınan toksinlər təşkil edir.

Bioloji silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroblar aid edilir. Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşərat, gənə və gəmiricilərdə qala bilir. Bioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır.

Bioloji silahlarda, əsasən taunun, vəbanın, Sibir yarasının, tulyaremiyanın, brüselyozun, melioidozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin, psitmakozanın (ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın və b. törədiciləri olan müvafiq mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan, göbələklərdən və s. istifadə olunur. Bioloji silahlar da, eynilə kimyəvi silahlar kimi hədəfə müxtəlif raket, artilleriya, fuqas, mərmi, mina, qumbara, xüsusi səpmə qurğuları vasitəsilə və ya su mənbələrini, qida anbarlarını, rəqib milli valyutasını və s. yoluxdurmaqla, istehlak bazarına bu maddələrlə yoluxdurulmuş ərzaq ixrac etməklə, ayrı-ayrı təşkilatlarına bu maddələrlə yoluxdurulmuş məktub göndərməklə və s. yolları ilə çatdırılır ki, sonrakı mərhələdə artıq o, kimyəvi silahdan fərqli olaraq eskalasiya, zəncirvari reaksiya doğuraraq epidemiya şəklində yayılır.

Bakterioloji silah – kütləvi qırğın silahlarından biri olub insan, heyvan və bitkilərə xəstəlik törədici mikroorqanizmlərin zədələyici təsirinə əsaslanır. İnsan və heyvanları yoluxdurmaq üçün seçilmiş patogen; mikroorqanizmlər və onların toksinləri istifadə olunur. Patogen mikroorqanizmlər quruluşu, ölçuləri və bioloji təsirinə görə bakteriyalar, viruslar, rikketsiyalar, göbələklər, spiroxetlər və ibtidailər sinfinə bölünür.

Bakteriyalar – bir hüceyrəli orqanizmlərdir. Ölçüləri 03-0/5 mkm-dən 8- 10 mkm-ə qədərdir. 1 ml mayedə 550 milyard bakteriya ola bilər. Bakteriyalar yüksək temperatur, işıq şüaları, rütubət və dezinfeksiyaedici maddələrin təsirinə həssasdır. Bəzi bakteriyalar xüsusi kapsula ilə örtülür və spor əmələ gətirir. Sporlar yüksək və aşağı temperatura, qurumaya, dazinfeksiyaedici maddələrin təsirinə çox davamlıdır.

Viruslar – mikroorqanizmlərin xüsusi sinifidir. Ölçüləri çox kiçikdir, canlı toxumadan kənarda yaşaya bilmirlər, buna görə bunları hüceyrədaxili parazitlər adlandırırlar. Günəş və ultrabənövşəyi şüaların, yüksək temperaturun, dezinfeksiyaedici maddələrin təsirinə həssasdırlar. Viruslar 200- dən artıq xəstəliyın səbəbi ola bilir.

Rikketsiyalar – mikroorqanizmlərin xüsusi qrupudur, viruslar və bakteriyalar arasında yer tutur.Quruluşuna, xarici görünüşünə və ölçülərinə görə bakteriyalara, hüceyrədaxili parazit olmasına, yalnız canlı toxumalarda çoxalmasına görə viruslara oxşayır. Qarın yatalağı, Ku- qızdırması kimi xəstəliklərin törədicisidir. Göbələklər – çox müxtəlif və geniş çeşiddə olan mikroorqanizmlərdir.

Bitki mənşəli olub mükəmməl quruluşa malikdir, fiziki, kimyəvi təsirlərə və günəş şüalarının təsirinə, qurumağa davamlıdırlar. Koksidioidomikoz, kriptokokkoz və s. kimi xəstəlikləri törədir.

Bioloji və bakterioloji silahlar müxtəlif şəkildə ola bilər.Onlar müxtəlif döyüş sursatlarının tərkibində və ayrılıqda istifadə oluna bilər.Onları düşmənin ərazisinə müxtəlif konteyenerlərdə və ya təxribat qruplarının vasitəsilə atmaq olar. Hazırkı dünyada bunu etmək üçün heyvanlardan, geyim və qida məhsullarından, sudan istifadə edirlər. Əhalinin konkret genetik elementlərini məhv etmək üçün bioloji vasitə olaraq sürünən və böcəklərdən istifadə etmək də mümkündür.

“Bioloji silahın ən qorxunc tərəfi onun dərhal deyil, inkibasiya dövrü bitdikdən sonra üzə çıxmasıdır. Bioloji silah vasitəsi ilə əhali arasına salınmış xəstəlik heyvanlar, bitkilər , hava, su damcı yolu ilə yayılması ilə təhlükəli hal alır və aylarla davam edə bilir.

İndi gömrük və sərhəd məntəqələrində nüvə və kimyəvi təhlükəni görə bilən dedektorlar qoyulub. Bioloji silahları sərhədlərdən keçirmək isə çox asandır, tutmaq mümkün deyil. Xüsusi təhlükəli orqanizmlər olan plastik butulkanı su qabı kimi cibində keçirmək su içmək qədər asandır”-deyə Ukrayna Biokimya İnstitutunun direktoru Sergey Komisarenko qeyd edib.

Rəsmi olaraq ABŞ-ın bioloji silah hazırlaması barədə məlumat 1942-ci ildə məlum oldu. O zaman prezident olan Franklin Ruzvelt tədiqatların aparılmasına icazə vermişdi. II Dünya Müharibəsi zamanı bu silahın hazırlanmasına ABŞ 400 milyon dollar vəsait sərf etmişdi. Müharibədən sonra isə bu büdcə böyüməkdə davam etdi. Həmin dövrdə ABŞ 1925-ci il Cenevrə Konvensiyasına qoşulmadığına görə tədqiqatlar geniş şəkildə davam etdirilirdi.

Proqramın mərkəzi Merilend ştatında Fort Detrik oldu. Orda aparılan araşdırmaların əksəriyyəti məhz etomoloji silahların hazırlanmasına həsr olunmuşdu. Fort Detrik proqramının ləğvindən sonra burda deyilənə görə insan sağlamlığının qorunması istiqamətində elmi işlər aparılmağa başlanıldı. İndi həmin ərazidə ABŞ ordusunun tibbi araşdırmalar mərkəzi, infeksiya xəstəliklərinin tədqiqatlar institututu və Milli Onkologiya İnstitututnun laboratoriyası yerləşir.

1954-cü ildən 1973-cü ilə qədər Fort Detrik ərazisində könüllü insanların üzərində bu proqram çərçivəsində bioloji sınaqlar aparılırdı. Bu könüllülər ordudan toplanırdı. Onları xüsusi xəstəliklərə yoluxdurur , daha sonra yeni vaksinləri onlar üzərində sınaqdan keçirirdilər. Amerikalı alimlər bu sınaqlar nəticəsində hepatitlərə, Ku qızdırmasına, sarı qızdırmaya, Venesuela ensafalomieletinə, tulyaremiya və Rift Valli qızdırmasına qarşı vaksinlər tapmaları ilə öyünürlər. Bu xəstəliklərin törədicilərinin hamısı əslində bioloji silah sayılır.

SSRİ- də ABŞ-dan geri qalmırdı. İosif Stalinin hakimiyyəti dövründə bioloji silah hazırlanması ilə KQB laboratoriyalarında doktor Qriqori Mayranovskinin rəhbərlik etdiyi həkim briqadası məşğul olurdu. Bu təcrübələr Stalinin ölümünə qədər davam etdi. Müxtəlif növ zəhər və bioloji silahlar ölüm hökmü verilmiş məhbuslar üzərində sınaqdan keçirilirdi. Bu barədə öz memuarlarında xüsusi xidmət orqanlarının yüksək vzifəli keşmiş əməkdaşı general leytenant Pavel Sudoplotov yazırdı. Onun sözlərinə görə, o şəxsən özü belə silahların tətbiqinə dair 4 faktla qarşılaşmışdı.

Ukraynalı siyasətçi Aleksandr Şumski, ukrayna yunan katolik kilsəsinin arciyepiskopu Teodor Romj, amerikalı agent İsay Oqqins, Polşa yəhudisi Samet ( o da bioloji silah hazırlığında mütəxəssis idi və ABŞ-a köçməyə qərar vermişdi) məhz bu yolla qətlə yetirilmişdi.

Stalinin ölümündən az öncə Mayranovski həbs edilid, laboratoriya isə naməlum istiqamətdə köçürüldü.SSRİ isə həm ölkə daxilində, həm xaricdə bioloji silah hazırlanması üzrə işləri davam etdirdi.

SSRİ-də ən çox Sibir xorasının və taunun müxtəlif patogenləri hazırlanırdı. Akademik Lvov Afrikadan ebolanı gətirib bioloji silaha çevirə bildiyinə görə Lenin ordeninə layiq görülmüşdü.

Mənbə: Bizimyol.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR