ABŞ-da aparılmış yeni elmi-tədqiqat işinin nəticələrindən aydın olub ki, yaş ötdükcə övlad sahibi olmaq…
Beth Israel Deaconess Tibb Mərkəzində aparılmış araşdırma Boston ştatındakı 19 min şüni mayalandırma müalicəsinin nəticələrinin təhlilinə əsaslanır.
"The Guardian"qəzeti yazır ki, bu təcrübə zamanı yaşı 30-dan az olan qadınlarla 40-42 yaşları arasında olan kişilərin cinsi əlaqələrindən hamilə qalma şansının, 30-35 yaşları arasında kişilərlə cinsi əlaqələrindən hamilə qalma şansından 46 faiz az olduğu üzə çıxıb.
Bu faiz qadınların yaşı artdıqca azalır. 40 yaşdan yuxarı qadınların uşağa qalması şansı kişilərin yaşından asılı olmur.
Digər tərəfdən yaşı 35-40 arasında olan qadınların daha gənc kişilərlə cinsi birliyindən hamilə olmaq imkanı artır.
Araşdırmaya görə 35-40 yaşlarında olan qadınların 30-35 yaş arasında olan kişilərdən uşağa qalma ehtimalı 54 faizdir.
Bu halda kişi partnyorun yaşı 30-dan az olarsa ehtimal 70 faizə yüksəlir.
Nəticələr hamiləlikdə qadının yaşının daha əhəmiyyətli məqam olduğunu təsdiq edir.
Amma burası da var ki, gənc qadınların daha yaşlı kişilərlə cinsi əlaqəsindən uşağa qalması ehtimalı kişinin yaşı ilə birlikdə azalır.
Kişilər də tələsməlidirlər
Southhampton Universiteti qadın xəstəlikləri və ginekologiya professoru Nick Macklon tədqiqatın nəticələri barədə "The Guardian" qəzetinə şərh verərkən deyib ki, əldə olunan qənaətlər qadın və kişiləri övlad sahibi olmağa sövq etməlidir.
Macklon deyir ki, bu səbəblərdən qadınlar onlarla partnyor olan kişiləri övlad sahibi olmağa həvəsləndirməlidirlər.
Onun fikrincə, qadınların daha yaşlı vaxtlarında uşağa qalmasının çətinləşməsində kişilərin övlad sahibi olmağa həvəssizliyi əsas rol oynayır.
Bir sözlə qadının hamilə olmasının çətinləşməsinə görə həm qadın, həm də kişi məsuliyyət daşıyırlar.
Mənbə: BBC Azərbaycan
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət