Slimfit
  1. CƏMİYYƏT

Binəqədi və Nəsimi rayonlarında su probleminin səbəbi bəlli oldu - RƏSMİ

Binəqədi və Nəsimi rayonlarında su probleminin səbəbi bəlli oldu - RƏSMİ
Sakura

Binəqədi və Nəsimi rayonlarında su probleminin səbəbi bəlli oldu - RƏSMİ

“Bakı Metropoliteni” QSC tərəfindən Binəqədi rayonu ərazisində yeni depo inşa edilir. Deponun tikintisi ilə əlaqədar Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərində su problemi yaranıb”.

Bu sözləri Oxu.Az-a “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

“Həmin ərazidən “Azərsu” ASC-nin magistral su xətti keçir. Qurumun apardığı depo tikintisi ilə bağlı biz də magistral su xəttində təmir işləri aparmalı olduq. Bu səbəbdən də ərazidə yaşayan əhaliyə içməli suyun verilməsi dayandırılıb.

 

Təmir işləri demək olar ki, yekunlaşıb. Ərazilərə suyun verilməsi artıq bərpa olunub. Mövcud vəziyyət Binəqədi və Nəsimi rayonlarının bir hissəsini əhatə edirdi. Bir neçə saat ərzində əhaliyə suyun verilməsi normal qaydada təmin olunacaq”.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin “Xocahəsən” deposu Binəqədi rayonu ərazisində inşa olunur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR