Binəqədi rayonunda sakinlərin onkoloji müayinəsi aparılır
Milli Onkologiya Mərkəzinin həkimləri Bakının Binəqədi rayonunda Rəsulzadə qəsəbəsindəki 6 nömrəli Birləşmiş Xəstəxanada əhali arasında onkoloji müayinə tədbiri aparır.
AZƏRTAC xəbər verir ki, müayinə tədbiri Milli Məclisin Binəqədi rayonundan seçilmiş deputatı Kamaləddin Qafarovun təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilib.
Martın 1-dən başlanılan müayinə tədbirlərinə Milli Onkologiya Mərkəzinin müasir və yüksək standartlara cavab verən səyyar diaqnostika kompleksi cəlb olunub, 6 nömrəli Birləşmiş Xəstəxanada qeydiyyat və müayinə otaqları ayrılıb.
Tədbirin ilk günü rayonun 700-ə yaxın sakini onkoloji müayinələrdən keçirilib. Bu gün axşam saatlarına qədər müayinə tədbirləri davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət