Dərc edildi: Baxış sayı: 669
Binəli Yıldırımla sağollaşmaq üçün sıraya düzüldülər: 1 saat 8 dəqiqə davam etdi
Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının İstanbul üzrə namizədi Binəli Yıldırımın Ərzincan vilayətinə səfəri maraqlı məqamla yadda qalıb.
Redaktor.az yerli mənbələrə istindən xəbər verir ki, Binəli Yıldırım İstanbula qayıdarkən onunla sağollaşmaq üçün minlərlə insan sıraya düzülüb. Binəli Yıldırımın hava limanına toplaşan kütləylə sağollaşması 1 saat 8 dəqiqə davam edib.
Yıldırım onlarla tək-tək əl sıxıb, fotolar çəkdirib. Qeyd edək ki, İstanbul bələdiyyə seçkilərinə namizəd olan Binəli Yıldırım, Ərzincanda anadan olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət