Dərc edildi: Baxış sayı: 385
Binəli Yıldırımın İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədliyi irəli sürülüb
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırımın Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədliyi irəli sürülüb.
Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının İstanbul şəhərində keçirilən toplantıda məlumat verib.
Dövlət başçısı rəhbərlik etdiyi partiyanın İstanbulun digər rayonları üzrə namizədlərinin adlarını açıqlayıb. AKP şəhər üzrə 3 rayonda Milliyyətçi Hərəkat Partiyasının xeyrinə öz üzvünün namizədliyini irəli sürməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət