Slimfit
  1. CƏMİYYƏT

Binanın üstündə inşa edilən qanunsuz tikinti dayandırıldı

Binanın üstündə inşa edilən qanunsuz tikinti dayandırıldı
Sakura

Binanın üstündə inşa edilən qanunsuz tikinti dayandırıldı

Paytaxtın Yasamal rayonu, Moskva prospekti, 8 ünvanında qanunsuz tikinti işləri həyata keçirilib.

Bu barədə məlumatlar Baku.ws-in qaynar xəttinə daxil olub.

Belə ki, sözügedən ünvanda binanın sonuncu mərtəbəsində mansard tipli qanunsuz tikinti işləri həyata keçirilib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumat əsasında Yasamal rayonu, Moskva prospekti, 8 ünvanında yerləşən “Main” yaşayış kompleksinin 33 saylı yaşayış binasına baxış keçirilib:

“Binanın sonuncu mərtəbəsində qeyri-qanuni inşa olunan tikili sökülüb və yaşayış kompleksinin rəhbərliyinə binanın layihə vəziyyətinə qaytarılması barədə tapşırıq verilib”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR