Slimfit
  1. CƏMİYYƏT

Bina sakinlərinə etik qaydaları öyrədək – Təklif

Bina sakinlərinə etik qaydaları öyrədək – Təklif
Sakura

Bina sakinlərinə etik qaydaları öyrədək – Təklif

Kommunal qurumların, yerli bələdiyyələrin və ictimai təşkilatların fəal iştirakı ilə binalarda yaşayan sakinlərlə maarifləndirmə və məlumatlandırma işi aparılmalıdır.

Axar.az xəbər verir ki, bu təkliflə yol-nəqliyyat eksperti Azər Allahverənov çıxış edib. Ekspert bildirib ki, xüsusilə bina evlərində yaşayan sakinlər maarifləndirilməlidir:

“Bu gün səhər işə gələrkən yeni tikili binanın pəncərəsindən tozsoranın toz torbasının çırpıldığını gördüm. Məsələnin etik aspektini qoyuram bir qırağa, bu qalsın həmin şəxsin insafına. Amma hesab edirəm ki, kommunal qurumların, yerl bələdiyyələrin və ictimai təşkilatların fəal iştirakı ilə binalarda yaşayan sakinlərin geniş auditoriyasını əhatə etmək şərtilə maarifləndirmə və məlumatlandırma işi aparılmalıdır. Bu şəhər bizimdir və onu təmiz saxlamaq hər birimizin borcudur”.

 

Qeyd edək ki, son illər Bakı şəhərində xüsusilə hündürmərtəbəli binalarda yaşayan sakinlərin öz yaşadıqları binanın həyətinə müxtəlif zibillər, tullantılar atması adi hala çevrilib. Dəfələrlə ziyalılar bu yöndə çağırış etsə də, heç bir nəticəsi yoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR