Slimfit
  1. DÜNYA

Bill Qeytsin koronaya qarşı xüsusi vaksini

Bill Qeytsin koronaya qarşı xüsusi vaksini
Sakura

Bill Qeytsin koronaya qarşı xüsusi vaksini

“Maykrosoft” şirkətinin təsisçisi, COVID-19 pandemiyasının yayılmasında adı hallanan Bill Qeyts virusa qarşı vaksinin tapılması üçün ABŞ-ın biolotexnologiya firması “Novavax”a 388 milyon dollar investisiya yatırıb.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə açıqlama yayan firma vaksinin tapılması məqsədilə araşdırmaların ilk mərhələsinə başladıqlarını bəyan edib.

“Novavax” NVX-CoV2373 adını verdikləri vaksinin Avstraliyada 130 insan üzərində test ediləcəyini bildirib. İlk testlər müsbət nəticələr verərsə, ikinci mərhələdə dünyanın müxtəlif yerlərində fərqli yaş qrupları arasında sınaqlar keçiriləcək.

Firma insan üzərində keçirəcəkləri sınaqların ilkin nəticələrinin iyun ayında əldə etməyi planlaşdırdıqlarını açıqlayıb.

“Novavax”-a investisiya yatıran təşkilat Bill Qeyts tərəfindən qurulan və Osloda fəaliyyət göstərən “Epidemiyaya Hazırlıq Koalisiyası”dır (CEPİ).

CEPİ-nin direktoru Riçard Hatçett bildirib ki, vaksinin etibarlı və təsirli olduğu sübut olunarsa, ehtiyacı olanlar üçün vaxt itirmədən istehsalına başlanacaq.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR