Dərc edildi: Baxış sayı: 450
Bill Qeytsdən COVID-19 peyvəndi ilə bağlı bədbin AÇIQLAMA
“Microsoft”un qurucusu Bill Qeyts bildirib ki, insanların koronavirusdan sağalması üçün daha çox dozalarda COVID-19 peyvəndinə ehtiyac ola bilər.
B.Qeyts bu barədə “CBS News” telekanalına müsahibəsində deyib.
O vurğulayıb ki, bu gün vaksinlərin heç birinin bir doza ilə müsbət təsirindən danışmaq düzgün olmaz.
“Yalnız iki dəfə doza qəbulu ilə müalicənin effektiv olacağına ümid edirik. Yaşlı insanlarda bəzən iki dəfədən də çox doza lazım olacaq”, - deyə “Microsoft” rəhbəri əlavə edib.
Qeyd edək ki, Bill Qeyts COVID-19 əleyhinə peyvəndin hazırlanması üçün 300 milyon dollar vəsait ayırıb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət