Dərc edildi: Baxış sayı: 2119
Bill Qeyts virusun bitəcəyi tarixi açıqladı
"Microsoft" şirkətinin qurucusu Bill Qeyts dünyanı cənginə alan yeni növ koronavirusun (COVID-19) nə zaman tamamilə yox olacağına dair yeni açıqlama verib.
Ens.az Teleqraf.com-un məlumatına istinaadən xəbər verir ki, Qeytsin fikrincə, pandemiyanın başa çatması üçün ən azı 1 ilə ehtiyac var.
"Zənnimcə, pandemiya zəngin ölkələrdə 2021-ci ilin sonunda, dünyanın yerdə qalan hissəsində 2022-ci ilin axırında bitəcək", - deyə söyləyib.
Vaksin hazırlıqlarının davam etdiyinə diqqət çəkən Qeyts qeyd edib ki, yan təsirləri nəzartədə saxlamaq üçün üçüncü mərhələdə üç və ya dörd aya ehtiyac olacaq: "Vaksin və dərmanla bağlı olduqca təsirli proseslər gedir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət