Dərc edildi: Baxış sayı: 536
Bill Qeyts süni yağ istehsalına pul yatırdı
Amerikalı milyarder Bill Qeytsin “Breakthrough Energy Ventures” investisiya fondu süni yağ istehsal etməyə hazırlaşan “C16 Biosciences” startapına 20 milyon dollar sərmayə qoyub.
Bu barədə “Livekindly” portalı yazır.
Mənbə bildirir ki, məhsulun istehsalında palma yağına bənzər kimyəvi komponentlərdən istifadə olunacaq.
“C16 Biosciences” startapı palma yağından istifadə edən kosmetik markalarla işləməyi planlaşdırır. “C16 Biosciences” baş direktoru Şar Tikkanın sözlərinə görə, bu laboratoriya məhsulu istehsalçıların tropik meşələrdən asılılığını azalda bilər.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət