Slimfit
  1. DÜNYA

Bill Qeyts dünyanın ən zəngin insanı adını qaytarmağa yaxınlaşır

Bill Qeyts dünyanın ən zəngin insanı adını qaytarmağa yaxınlaşır
Sakura

Bill Qeyts dünyanın ən zəngin insanı adını qaytarmağa yaxınlaşır

Biil Qeyts uzun müddət dünyanın ən varlı adamı sayılıb. Amma xeyriyyəçilik fəaliyyəti mövqeyi onun əlindən alıb. “Microsoft” şirkətinin rəhbərinin indiyə qədər bu işlərə 36 milyard dollar xərclədiyi bildirilir.

Bizimyol.info xəbər verir ki, Qeyts dünyanın ən zəngin insanı adını qaytarmağa yaxınlaşır. Amerikalı iş adamının sərvəti 107 milyard dollara çatıb. Onu birinci yerdə olan Ceff Bezosdan 4 milyard dollar ayırır.

Əslində, Bezosun da sərvəti xeyli çox olmalıydı. Amma həyat yoldaşı Makkenzidən boşanmaq ona təxminən 35 milyard dollara başa gəlib. İndi Makkenzinin 35,7 milyard dolları var və siyahıda 21-ci yerdədir.

Bill Qeyts son bir ildə sərvətini 16,4 milyard dollar artıb. Ceff Bezos isə heç Makkenziyə verdiyi məbləği saymadan da çox geriləyib. “Amazon” şirkətinin rəhbəri son bir ildə 14,1 milyard dollar itirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR