Bill Gates 645 mln. dollara ekoloji təmiz yaxta alıb
Microsoft-un yaradıcısı Bill Gates dünyada ilk dəfə olaraq maye hidrogenlə işləyən ekoyaxta alıb. The Guardian xəbər verir ki, onun qiyməti 645 mln. dollardır.
Aqua adlı beş göyərtəli yaxtanın uzunluğu 112 m.-dir. 14 sərnişin və 31 ekipaj üzvü tuta bilir. Yaxtada basseyn, vertolyot meydançası, spa-salon və məşq zalı var.
Yaxtanın dizaynı Hollandiyanın Sinot Yacht Design şirkəti tərəfindən işlənib. Yaxta ilk dəfə 2019-cu ildə Monakodakı şouda nümayiş olunub.
Yaxtanı qidalandıran maye hidrogen göyərtələrin altında, 28 tonluq vakuum izolyasiyalı iki su anbarında yerləşir. Yaxtanın yeganə tullantısı sudur.
Aqua Bill Gates-in aldığı ilk yaxtadır. Əvvəllər o onları ancaq icarəyə götürürdü.
Qeyd edək ki, yaxtanın alınması Gates-in alternativ yanacaq növlərinə və zərərli tullantıların azaldılması üçün olan texnologiyalara marağını ifadə edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət