Slimfit
  1. İQTİSADİYYAT

Biləsuvarlı fermer: Pambıqçılığa göstərilən dövlət dəstəyindən yararlanaraq əkin sahələrini daha da genişləndirəcəyəm

Biləsuvarlı fermer: Pambıqçılığa göstərilən dövlət dəstəyindən yararlanaraq əkin sahələrini daha da genişləndirəcəyəm
Sakura

Biləsuvarlı fermer: Pambıqçılığa göstərilən dövlət dəstəyindən yararlanaraq əkin sahələrini daha da…

Pambığın hər tonu üçün alış qiymətinin 50 manat artırılması Biləsuvarda pambıqçılıqla məşğul olan fermerlər arasında yüksək əhval-ruhiyyə yaradıb, onların bu sahəyə marağını daha da artırıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il Biləsuvarda 12 min hektarda pambıq əkilib. Əkinçilər bitkiyə aqrotexniki qaydada qulluq göstərdiyindən sahələrdə bol məhsul yetişib. Bir neçə gündür ki, pambıqçılar yetişdirdikləri məhsulun tədarükünə başlayıblar. Qısa müddətdə 126 ton 176 kiloqram məhsul toplanaraq tədarük məntəqələrinə göndərilib.

Təcrübəli pambıqçı, birinci dərəcəli əmək ordenli Fazil Musayev uzun illərdir bu sahədə çalışır və yüksək məhsuldarlığa nail olur. O deyib: “Ötən il becərdiyim 16 hektar pambıq sahəsindən 81 ton məhsul götürərək, hər hektarın məhsuldarlığını 51 sentnerə çatdırmışam. Satdığım məhsulun müqabilində 5 min manata yaxın qazanc götürmüşəm. Bu il isə 48 hektarda əkin aparmışam. Bitkiyə nümunəvi qulluq göstərildiyindən məhsul boldur. Məhsul yığımını maşınla aparacağam. Ona görə hələlik yığıma başlamamışam. Sahədə 90-95 faiz açılış olduqdan sonra məhsul toplanacaq. Bu il hər hektardan 50-55 sentner məhsul götürməyi planlaşdırıram”.

“Məhsulun hər tonunun alış qiymətinin 50 manat artırılması digər istehsalçılar kimi məni də çox sevindirir. Dövlət tərəfindən biz pambıqçılara göstərilən hərtərəfli qayğıdan yararlanaraq, növbəti illərdə əkin sahəsini daha da genişləndirəcəyəm”, - deyə fermer bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR