Slimfit
  1. İQTİSADİYYAT

Biləsuvarın daha bir yaşayış massivi qazlaşdırılıb

Biləsuvarın daha bir yaşayış massivi qazlaşdırılıb
Sakura

Biləsuvarın daha bir yaşayış massivi qazlaşdırılıb

Biləsuvar rayonunun Xırmandalı kəndinin yeni yaşayış massivinə sentyabrın 28-də "mavi" yanacaq verilib. 

"Report"a  “Azəriqaz” İstehsalat Birliyindən verilən xəbərə görə, bu münasibətlə kənddə keçirilən tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, “Azəriqaz”ın  baş direktoru Əkbər Hacıyev, Biləsuvar rayonunun İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, eləcə də digər rəsmilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. 

Açılış mərasimində çıxış edən SOCAR prezidenti R.Abdullayev əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O, qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin "mavi" yanacaqla təmin olunması, xalqımızın rifah halının daha da yaxşılaşmasına, həmçinin ekologiyanın qorunmasına xidmət edir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR prezidenti, bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Biləsuvar rayonunun Xırmandalı kəndinin genişlənən hissəsində 286 evə mavi yanacaq verilib. Ümumilikdə 286 yeni sayğac quraşdırılıb. Daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkilişi üçün yerüstü 23 540 metr böyük diametrli polad boru, eləcə də 7037 metr balaca diametrli polad borulardan istifadə edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR