Dərc edildi: Baxış sayı: 516
Biləsuvarda modul tipli məktəb binasının quraşdırılması başa çatıb
Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına Biləsuvarda Muğan kənd ümumi orta məktəbi üçün 80 şagird yerlik modul tipli binanın inşası başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti-quraşdırma işləri Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilib. Hazırda binanın fasadı rənglənir, ərazidə abadlıq işləri görülür.
On bir sinif, bir müəllimlər və digər yardımçı otaqlardan ibarət olan bina fevralın ilk günlərində şagirdlərin istifadəsinə veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət