Slimfit
  1. AZƏRBAYCAN

Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib

Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
Sakura

Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib

Biləsuvar rayonundakı Gənclər evində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib. Toplantıda Lənkəran-Astara iqtisadi rayonuna daxil olan rayonların gəncləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Daha sonra Azərbaycan Gənclərinin VIII Forumunun zona toplantısı işə başlayıb.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı tədbirin açılışında çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən, gənclərimizin qazandıqları uğurlardan, Foruma hazırlıq işlərindən danışıblar.

Açılış çıxışlarından sonra zona toplantısının işində aidiyyəti dövlət qurumlarının ekspertlərinin iştirakı ilə müzakirələr aparılıb. Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov “Azərbaycanda təhsilin inkişafı”, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Elnur Kazımov “Gənclər arasında dini radikalizmin profilaktikası və təhlükəsiz mühit”, Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktor müavini Mübariz Mustafayev “Dövlətin məşğulluq siyasəti və gənclərin sosial rifahı”, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Sarvan Cəbrayılov, İqtisadiyyat Nazirliyinin Lənkəran bölməsinin müdiri Çingiz Məmmədov “Ətraf mühitin qorunması-gənclərin iştirakı və məsuliyyəti” mövzularında çıxış ediblər.

Azərbaycan Respublikası Gənclər Fondunun Beynəlxalq əlaqələr və strateji araşdırmalar mərkəzinin rəhbəri Vüsalə Niftəliyeva Fondun fəaliyyəti və yeniliklər barədə ətraflı məlumat verib.

Ekspertlərin çıxışlarından sonra toplantı iştirakçılarının sualları cavablandırılıb.

İclasda zonaya daxil olan rayon və şəhərlərdən Azərbaycan Gəncləri VIII Forumuna nümayəndələr seçiliblər.

Zona toplantısı konsert proqramı ilə başa çatıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR