Bilal Ərdoğan Gəncədə Nuru Paşanın ev-muzeyində
Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycana səfəri çərçivəsində iyulun 26-da Gəncədə Nuru Paşanın ev-muzeyini ziyarət edib.
“Qafqazinfo”nun məlumatına görə, Nuru Paşanın yaşadığı bu ev onun silahdaşlarından birinin - Nağı bəy Şeyxzamanlının evi olub. Ev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən yenidən qurulub.
Tanışlıq zamanı TİKA-nın gördüyü işlər barədə məlumat verilib, Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasından, Bakının düşməndən azad olunmasından, Nuru Paşanın bu missiyanın həyata keçirilməsindəki xidmətlərindən danışılıb.
Sonda Bilal Ərdoğan ev-muzeyinin xatirə kitabına ürək sözlərini yazıb.
Xatırladaq ki, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan iyulun 26-da Gədəbəydə keçirilən Milli Yaylaq Festivalında da iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət