Slimfit
  1. İQTİSADİYYAT

BFB-nin dövriyyəsi kəskin azalıb

BFB-nin dövriyyəsi kəskin azalıb
Sakura

BFB-nin dövriyyəsi kəskin azalıb

Bakı Fond Birjasında (BFB) 2020-ci ilin yanvar-aprel ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 3 003 255 880 manat təşkil edib.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, BFB-yə istinadən verdiyi xəbərə görə, əməliyyatların həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 40% azalma müşahidə olunub.

Qeyd edək ki, 2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 5 033 626 126 olub.

Bu müddətdə dövlət qiymətli kağızlar bazarının həcmi 3 dəfəyə yaxın azalaraq 4 684 141 047 manatdan 1 601 542 951 manata enib.

Korporativ qiymətli kağızlar bazarının həcmi isə 8,4 dəfədən çox artaraq 105 366 983 manatdan 888 236 382 manata yüksəlib.

Məlumata əsasən, 2020-ci ilin yanvar-aprel ayları üzrə  dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunmasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 293%, repo əməliyyatları üzrə isə 110% böyümə qeydə alınıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR