Slimfit
  1. DÜNYA

Bezos Trampa qarşı: milyarder prezident qarşısında jurnalistlərin müdafiəsinə qalxdı

Bezos Trampa qarşı: milyarder prezident qarşısında jurnalistlərin müdafiəsinə qalxdı
Sakura

Bezos Trampa qarşı: milyarder prezident qarşısında jurnalistlərin müdafiəsinə qalxdı

Bezosun sözlərinə görə, o “Amazonu Trampdan müdafiə etmək ehtiyacını hiss etmir”, amma KİV-i müdafiə etməyə borcludur.

Donald Trampın KİV nümayəndələri ilə olan ağır (yumşaq desək) münasibətləri heç kim üçün sirr deyil: biznesmen hətta prezidentliyə namizəd olarkən belə qəzəblə yanaşırdı. Dövlət başçısı seçiləndən sonra milyarder deyəsən media sahəsində işləyənləri, mühacirləri və demokratları özünün əsas rəqibləri siyahısına əlavə edib. Biznesmen demək olar ki, hər həft onların ünvanına təndiqlə çıxış edir. Məsələn: avqust ayının sonunda Tramp NBC News kanalının direktorlar şurasının sədri Endi Leki və CNN rəhbəri Ceff Zakeri qovmağı tələb etdi, KİV-lərin özünü isə “xalq düşməni” adlandırdı. Dövlət başçısının qəzəbinə CNN kanalının materialı səbəb oldu ki, orada anonim mənbəyə istinadən deyilirdi ki, Trampın keçmiş köməkçisi və vəkili Maykl Koendə prezidentə qarşı sübutlar var.

“Heç bir anonim mənbə mövcud deyil - bu faktdır. Bu jurnalistlər tərəfindən düşünülmüş uydurmadır”. CNN-in yalanına baxın. Onlar cinayət başında tutuldu! Xalq düşmənləri!... Siz anonim mənbə görəndə oxumağı dayandırın - bütün bunlar yalandır!”, - prezident özünün Twitter hesabında yazıb. Bununla Tramp qane olmadı və Uoterqeyt adlanan qalmaqalın işıqlandırılmasında iştirak edən Karl Bernstaynı “çirkin” və “degenerativ axmaq” adlandırdı. Jurnalist isə cavab verdi ki, bütün həyatı boyu “hansı partiyanın hökmran olmasından asılı olmayaraq kütləyə ancaq həqiqəti çatdırıb”.

Avqust ayının ortalarında 350 nəşriyyat redaksiya materialları dərc etdilər ki, burada prezidentin ritorikası qəbul edilən deyil və hətta təhlükəlidir. İndi isə jurnalistlərin köməyinə Amerikanın ən varlı insanı və The Washington Post qəzetinin sahibi Ceff Bezos (14 sentyabr üçün sərvəti 160,9 milyard dollar olaraq dəyərləndilir) gəldi. “Mən hesab edirəm ki, bu bizim demokratiyamızın vacib elementidir”, - Bezos Vaşinqton iqtisadi klubunun təşkil etdiyi müsahibəsində deyib. - KİV-ə və jurnalistlərə hücum etmək. Bu istənilən seçilmiş insanın xətasıdır... “.

Milyarderin fikrincə, Tramp onun fəaliyyətinin dərindən öyrənilməsinə görə sevinməlidir. “Amma KİV-i iblisləşdirmək həqiqətən təhlükəlidir. KİV-i tör-töküntü adlandırmaq təhlükəlidir. Onların “xalq düşməni” olduğunu demək təhlükəlidir”, - Bezos yekunlaşdırıb.

Tramp bu bəyanatlara hələlik reaksiya verməyib, amma Bezosun özü də onun narazılığına səbəb olub. Dövlət başçısı iddia edir ki, Amazon vergilərdən yayınır, ənənəvi riteylerləri məhv edir və ABŞ-ın poçt xidmətini soyur.

 

Mənbə: Forbes.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR