Slimfit
  1. CƏMİYYƏT

Bəzi şəxslər sınaq müddəti olmadan dövlət qulluğunun xüsusi növünə qəbul ediləcək

Bəzi şəxslər sınaq müddəti olmadan dövlət qulluğunun xüsusi növünə qəbul ediləcək
Sakura

Bəzi şəxslər sınaq müddəti olmadan dövlət qulluğunun xüsusi növünə qəbul ediləcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, dəyişikliklə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş (kiçik rəis heyəti və sıravi heyət vəzifələrini tutan və ya əvvəllər tutmuş şəxslər istisna olmaqla) və xüsusi (hərbi, diplomatik) rütbəyə malik olan şəxslər dövlət qulluğuna qəbul edildikdə, onlara staj və sınaq müddəti tətbiq edilməyəcək.

Eyni məzmunlu dəyişikliklərin aşağıdakı sənədlərə də edilməsi təklif olunub:

- “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna;

- “Diplomatik xidmət haqqında” qanuna;

- “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna;

- “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanuna;

- Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə;

- Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə;

- Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə;

- Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə.

Qeyd edək ki, dövlət qulluğunun xüsusi növü dedikdə prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslər nəzərdə tutulur.

Müzakirələrdən sonra qanuna dəyişiklik alyihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR