Slimfit
  1. AZƏRBAYCAN

"Bəzi müəssisələrdə enerji içkilərinin satışı və istifadəsi qadağan edilməlidir"

"Bəzi müəssisələrdə enerji içkilərinin satışı və istifadəsi qadağan edilməlidir"
Sakura

"Bir banka enerji içkisinin tərkibindəki kofeinin miqdarı 40 banka soyuq çayın tərkibindəki kofeinlə…

“Enerji içkilərinin insan orqanizminə mənfi təsiri tərkibində olan kofeinin miqdarı və orqanizmdə hansı müddətə həll olunmasıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin (AQTA) rəhbəri Qoşqar Təhməzli danışıb.  

AQTA rəsmisinin sözlərinə görə, çay və qəhvənin tərkibində də kofein var. Ancaq çay və qəhvə isti içki olduğu üçün onların mədədə sorulması anidən baş vermir. Enerji içkiləri isə mədədə anidən sorulur.

“Bunun nəticəsində də orqanizmdə yanlış olaraq oyanıqlıq baş verir. Qan dövranı sürətlənir, bədənin daxili enerjisi süni şəkildə oyanır. Bu da insan orqanizmi üçün çox ziyandır” – deyə Q.Təhməzli bildirib.

Qurum rəsmisi vurğulayıb ki, enerji içkiləri azyaşlı uşaq, hamilə qadınlar, idmançılar, həmçinin süd verən analara çox ziyandır.

O, soyuq halda satılan hazır çaylar haqqında da danışıb: “Soyuq çayların da tərkibində kofein var, ancaq onlarda kofeinin miqdarı azdır. Ona görə də soyuq çaylar çox təhlükəli deyil. Bir banka enerji içkisinin tərkibindəki kofeinin miqdarı 40 banka soyuq çayın tərkibindəki kofeinlə eynidir”.

Qoşqar Təhməzli vurğulayıb ki, məktəblərdə, sağlamlıq və səhiyyə mərkəzlərində enerji içkilərinin satışı və istifadəsi qadağan edilməlidir.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR