Slimfit
  1. TEXNOLOGİYA

Bezdirici mesajlarla bağlı WhatsApp tədbir gördü

Bezdirici mesajlarla bağlı WhatsApp tədbir gördü
Sakura

Bezdirici mesajlarla bağlı WhatsApp tədbir gördü

Yəqin ki, bir çoxlarınız WhatsApp  vasitəsi ilə yayılan bezdirici mesajları almısınız. Sonuncu dəfə belə ismarıc külək vasitəsi ilə donuz qripinin gəlməsi ilə bağlı idi. Dəfələrlə hüquqmühafizə orqanları tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, yayılan belə səs yazıları çoxlarının qorxmasına səbəb olur. Qeyd edək ki, bu, təkcə Azərbaycanda belə deyil.Dünyanın bir çox ölkələrində sözügedən mesencer vasitəsi ilə müxtəlif cür şaiyələr yayılır. Hətta Hindistanda yayılan səs yazısı kənd sakininin linç edilərək öldürülməsi ilə nəticələnmişdi.

FaktXeber.com-un məlumatına görə, WhatsApp dedi-qodu və yanlış bilginin  platforma üzərindən sürətlə yayılmasının qarşısını almaq üçün yeni bir addım atıb. Şirkətdən verilən rəsmi açıqlamaya görə, dünyada WhatsApp istifadəçilərin ismarıcı «forward» etmə haqqını 20-dən 5-ə salıb.

Qurum bu qərarı ilə yuxarıda sadalanan hadisələrin  qarşısını almağı hədəfləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR