Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Beyni 4 gün ərzində pozan qidalar

Beyni 4 gün ərzində pozan qidalar
Sakura

Beyni 4 gün ərzində pozan qidalar

Yeni araşdırmaya görə, sadəcə yağlı və şəkərli məhsullardan ibarət qidalanma tərzi dörd gün ərzində yaddaşa, ruh halına zərər verə və diqqət pozğunluğu yarada bilər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırma Amerika Nevrologiya Akademiyası tərəfindən aparılıb. 4 gün ərzində yüksək yağlı və şirniyyat yeyən insanlar müayinə edilib. Göstəricilərdə məlum olub ki, yağ və şəkərli qidalar insanın düşünmə qabiliyyətinə və yaddaşına mənfi istiqamətdə təsir edir və koqnitiv pozğunluq yaradır.

Oksford Universitetində aparılan başqa eksperimentdə isə yüksək yağlı pəhrizin beş gün ərzində diqqət və yaddaş funksiyası ilə yanaşı ruh dəyişikliklərə də yol açdığını göstərib.

 

Köklük və piylənmə bir çox insan üçün yalnız özünə uyğun paltarlar tapmaq uğrunda mübarizə deyil. Həddindən artıq çəki bütün bədənə təsir edən xəstəlikdir. İnfarkt və diabet ehtimalı bu insanlarda olduqca yüksəkdir. Ancaq ekspertlər hesab edir ki, bu, o demək deyil ki, arıq olmaq sağlam deməkdir.

Həm “Circulation”, həm də “Lancet” jurnalında dərc olunan araşdırmada deyilir ki, qeyri-sağlam pəhriz və hərəkətsizlik arıq insanları xərçəng, infarkt və diabet riskindən azad etmir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR