Slimfit
  1. CƏMİYYƏT

Beynəlxalq və şəhərlərarası sərnişin daşınmasına görə yeni cərimələr I oxunuşda təsdiqlənib

Beynəlxalq və şəhərlərarası sərnişin daşınmasına görə yeni cərimələr I oxunuşda təsdiqlənib
Sakura

Beynəlxalq və şəhərlərarası sərnişin daşınmasına görə yeni cərimələr I oxunuşda təsdiqlənib

Azərbaycanda beynəlxalq və şəhərlərarası sərnişin daşınmasına görə yeni cərimələr müəyyənləşir.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulmasına görə aşağıdakı yeni cərimələr nəzərdə tutulur:

- beynəlxalq müntəzəm sərnişin daşınmasının Azərbaycan Respublikasının ərazisində yerləşən başlanğıc, aralıq və ya son təyinat məntəqəsinin avtovağzaldan (avtostansiyadan) kənarda həyata keçirilməsinə;

- Şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşınmasının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc, aralıq və son məntəqəsindən kənarda həyata keçirilməsinə;

- Şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşınmanın bilet-uçot vərəqi olmadan həyata keçirilməsinə;

- Qeyri-muntəzəm sərnişin daşınmasının (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata keçirilməsinə görə - 50 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR