Slimfit
  1. TEXNOLOGİYA

Beynəlxalq İT ekspertləri Bakıda toplaşacaq

Beynəlxalq İT ekspertləri Bakıda toplaşacaq
Sakura

Beynəlxalq İT ekspertləri Bakıda toplaşacaq

İyunun 11-də Bakıda böyük məlumatların emalı problemlərinə həsr olunan “Big Data Day Baku 2019” (BDDB-2019) adlı beynəlxalq forum keçiriləcək.

APA-nın məlumatına görə, "Böyük məlumatların böyük faydalara çevrilməsi" şüarı altında keçiriləcək forum, “ADA Universiteti” təşkilatçılığı ilə və “Big Data” həllərinin qlobal təchizatçılarının eləcədə ölkədə fəaliyyət göstərən kompüter və kommunikasiya cəmiyyətlərinin dəstəyi ilə keçiriləcək.

Tədbirin əsas məqsədi böyük məlumatlarla əlaqəli imkanlar və problemlərə ictimaiyyətin diqqətini cəlb etmək, biznes və hökumət qurumlarına məlumatların təhlili texnologiyalarını inkişaf etdirib tətbiq etmək təcrübəsinin öyrənilməsidir. Forum çərçivəsində əsas müzakirələrdən əlavə, böyük məlumatlarla bağlı beynəlxalq ekspertlərlə müzakirələr aparılacaq və sual-cavab sessiyaları keçirəcək.


Foruma Silikon Vadisindəki “Northeastern” universitetin professoru Rikardo Baeza-Yeyts və Beyrut Ərəb Universitetinin professoru Seyfeddin Kadri qatılacaqlar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR