Slimfit
  1. MEDİA

Beynəlxalq İnformatika Olimpiadasından gözləntimiz

Beynəlxalq İnformatika Olimpiadasından gözləntimiz
Sakura

Beynəlxalq İnformatika Olimpiadasından gözləntimiz

İnformatikanın taleyində həlledici rol oynayan, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə həll etməli olduğu “informatika, yoxsa kimya” problemi indiyədək həllini tapmayıb. Məhz bu problem ölkədə informatikanın inkişafını əngəlləyən əsas problemlərdən biri olaraq qalır.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz hər il təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın aşağı nəticə göstərməsinin səbəbləri barədə danışarkən deyib.

O.Gündüz bildirib ki, bir aydan sonra, avqustun 4-də Bakıda Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək və nəticələr maraqlıdır:

“Hazırlıqlar davam edir. 8 məktəblidən ibarət iki komandamız bu nüfuzlu yarışmaya hazırlaşır. 90-dan çox ölkədən 500-dək məktəbli yarışa qatılacaq.

Nəticələrin necə olacağı barədə indidən nəsə demək çox çətindir. Qazanılan medalların statistikasına baxsaq görərik ki, son 25 ilin nəticəsi ölkəmiz üçün elə də uğurlu olmayıb:

Azərbaycan – 5 medal

Gürcüstan - 47 medal

Ermənistan – 28 medal

Rusiya - 108 medal

Estoniya - 59 medal.

Ümumiyyətlə, statistika göstərir ki, bizdə digər fənlərə nisbətən informatikadan medallar hədsiz dərəcədə azdır. Digər fənlər üzrə türk liseylərinin də yaxından iştirakı ilə uğurlar var.

Qəribədir ki, bizdə türk liseylərində də informatika sahəsində ciddi uğurlar olmayıb. Ümid edirəm səlahiyyətli qurumlar yuxarıdakı cədvəldən xəbərdardırlar”.

O.Gündüz bildirib ki, bu il üçün hökumət hazırlıq proseslərinə daha ciddi resurslar səfərbər edib:

“ADA Universitetini, Bakı Mühəndislər Universitetini və hətta uşaqların hazırlığına dəstək üçün xaricdən ekspertləri də olimpiadaya hazırlıq prosesinə cəlb ediblər.

İnformatikanın taleyində həlledici rol oynayan, DİM və TN-nin birgə həll etməli olduğu “informatika, yoxsa kimya” problemi indiyədək həllini tapmayıb. Düşünürəm ki, məhz bu, ölkədə informatikanın inkişafını əngəlləyən əsas problemlərdən biri olaraq qalır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR