Dərc edildi: Baxış sayı: 435
Beynəlxalq Enerji Agentliyi: Bu il qlobal qaz istehlakı rekord səviyyədə azalacaq
Beynəlxalq Enerji Agentliyi (IEA) bu il qlobal qaz istehlakının rekord səviyyədə azalacağını proqnozlaşdırır.
Ens.az “APA-Economics”-a istinadən verdiyi məlumata görə, 2020-ci ildə dünyada qaz istehlakının 4% (150 mlrd. kubmetr) azala biləcəyi proqnozlaşdırılır.
"Bu, 20-ci əsrin ikinci yarısında təbii qaz bazarının formalaşmasından bəri istehlakın ən böyük illik azalması olacaq", IEA-nın hesabatında bildirilir.
Agentlik hesab edir ki, qaza olan tələbat 2021-ci ildə başlayaraq tədricən bərpa ediləcək və 2025-ci ilə qədər ildə 1,5% artacaq. Bu da qiymətlərin aşağı olması və iqtisadi aktivliyin artması ilə izah edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət