Slimfit
  1. COĞRAFİYA

Beynəlxalq ekspert: “ABŞ-Çin ticarət müharibəsi Azərbaycana da təsir edə bilər”

Beynəlxalq ekspert: “ABŞ-Çin ticarət müharibəsi Azərbaycana da təsir edə bilər”
Sakura

Beynəlxalq ekspert: “ABŞ-Çin ticarət müharibəsi Azərbaycana da təsir edə bilər”

London. 19 sentyabr. REPORT.AZ/ "ABŞ-la Çin arasında gedən ticarət müharibəsi Azərbaycana da təsir edə bilər". 

Bunu "Report"un London bürosuna açıqlamasında Honkonqda yaşayan Çin əsilli strateq Endryu Lyunq (Andrew Leung) bildirib. 

O, bu barədə ABŞ-ın Çindən idxal olunan daha 200 mlrd. dollar dəyərində mala qarşı yeni gömrük rüsumları tətbiq etməsinə münasibət bildirərkən danışıb. 

 

Endryu Lyunq

Çinli strateq Endryu Lyunq

"Dünyada gedən proseslər bir-birinə çox bağlı olduğu üçün qlobal təchizat və dəyər zənciri bu müharibədən ciddi təsir görəcək. Çinin ABŞ-a ixrac etdiyi malların əskəriyyətinin komponentləri və materialları ABŞ da daxil olmaqla, digər ölkələrdən alınır. Məsələn, Çindən ixrac edilən “iPhone”larda Yaponiyadan, Cənubi Koreyadan idxal olunan çiplər və materiallar, həmçinin ABŞ-a məxsus "hardware" və proqram təminatları istifadə olunur. Əlavə dəyərli məhsulların yalnız bir hissəsi Çində var. Odur ki, dünyanın müxtəlif bölgələrində yük daşıma və digər ticarətlə əlaqəli müəssisələr də bundan təsirlənəcək. Beynəlxalq Valyuta Fondu ABŞ-Çin ticarət müharibəsinin qlobal iqtisadi artımı 0,5% azaldacağı haqqında da xəbərdarlıq edib"

Ekspertin fikrincə, ticarət müharibəsindən Azərbaycan da daxil olmaqla bütün neft ölkələri əziyyət çəkə bilər: "Çin dünyanın ən böyük neft alıcısı olduğundan onun "qara qızıl"a tələbatının azalması dünya bazarında nefti ucuzlaşdıracaq və son nəticədə ticarət müharibəsi Azərbaycan kimi ölkələrin gəlirlərinə, iqtisadi artımına təsir göstərəcək”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR