Slimfit
  1. MƏDƏNİYYƏT

Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu gənclərin bu sahəyə marağını artıracaq

Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu gənclərin bu sahəyə marağını artıracaq
Sakura

Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu gənclərin bu sahəyə marağını artıracaq

Bu gün biz gənclər ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumuna toplaşmışıq. Azərbaycan artıq kosmik istiqamətdə tədbirlərin keçirildiyi məkana çevrilib. Ötən ilin oktyabr ayında Bakıda keçirilən “NASA Space Apps Challenge" tədbiri də gənclərin bu sahədə səs sahibi olmasına imkan yaratdı.

Ens.Az-ın məlumatına əsasən,bu barədə AZƏRTAC-a müsahibəsində Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumunun təşkilatçısı “Uşaqlarımıza öyrədək” İctimai Birliyinin sədri və təsisçisi, aerokosmik tədqiqatçı Yusif Kərimli deyib.

“Azərkosmos”, “Nargiz” Fondu, Britaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə keçirilən bugünkü forumda “NASA Space Apps Challenge" layihəsinin qalibi olmuş iki gənc spiker qismində burada təmsil olunacaq. Tədbir, eyni zamanda, əməkdaşlığa, yaradıcılığa və tənqidi düşüncəyə ilham verdi. Belə tədbirlər yeni nəsil alimlərin, texnoloqların, dizaynerlərin, mühəndislərin inkişafı və ölkəmizdə gənclərin bu sahəyə marağının artırılması məqsədi daşıyır”, - deyə Y.Kərimi əlavə edib.

“Bundan öncə biz xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı tədbirlər keçirdik. Hazırda isə Azərbaycanda rəqəmsallaşma istiqamətində bir sıra işlər aparılır. Buna görə də gənclərimizə daha çox STEAM istiqamətində təlimlər keçirik”, - deyə o vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR